AZ

Sterlinq “Çelsi”yə lazım deyil

“Çelsi” Rahim Sterlinqdən qurtulmağın yollarını axtarır.

Msport.az xəbər verir ki, londonlular heyət üzünə həsrət qalan hücumçunu göndərmək üçün müxtəlif variantları dəyərləndirir.

“Zadəganlar” 2022-ci ilin yayında “Mançester Siti”yə 56 milyon avro ödəyərək aldığı hücumçunu havayı buraxmağa da razıdır. Ötən mövsümü “Arsenal”da icarədə keçirən 31 yaşlı Yamayka əsilli oyunçu baş məşqçi Enzo Mareskanın planlarına daxil deyil. Lakin Rahimin yüksək maaşı müştərilərinin geri çəkilməsinə səbəb olur.

İlyarım müqaviləsi qalan Sterlinq paytaxt klubunda həftəyə 300 min funt qazanır. Meydana çıxmadan sərvət sahibi olan hücumçu bu səbəbdən “Lids” və “Kristal Pelas”dan aldığı təklifləri geri çevirib. Sözügedən klublar “Çelsi”nin oyunçuya müəyyən qədər təzminat verib yola salmasını gözləyir. Yalnız bu halda Sterlinq nisbətən az maaşa digər bir İngiltərə Premyer Liqası klubuna keçə bilər.

Hazırda tərəflər arasında müzakirələr gedir. Qışda Rahimin klubunu dəyişməsi üçün müxtəlif variantlar düşünülür.

Seçilən
127
16
msport.az

10Mənbələr