AZ

O, artıq MS-yə lazım deyil

Natan Ake böyük ehtimalla klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” rəhbərliyi 29 yaşlı müdafiəçi ilə yolları ayırmaq qərarına gəlib. Klub niderlandlı oyunçunu satışa çıxarıb. Onun xidməti artıq “Real”a təklif olunub. Məlumatda bildirilib ki, İngiltərə klubu Ake üçün 30 milyon avro tələb edir. Bəzi mənbələr onunla “Barselona”nın da maraqlandığını iddia edir.

Natan MS-nin formasını 2020-ci ilin yayından geyir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.

Seçilən
4
16
football-plus.az

10Mənbələr