AZ

Youtube “Oskar”ın yayım hüququnu alıb

Yazını böyüt
Yazını kiçilt

Məşhur “Oskar” mükafatı 2029-2033-cü illərdə Youtube platformasında tamamilə pulsuz yayımlanacaq.

Hafta.az xəbər verir ki, video platforması 5 il ərzində "Oskar" mərasimlərinin yayım hüququnu əldə edib.

Kino Akademiyası ümid edir ki, bu addım tədbirin internet auditoriyası üçün daha əlçatan olmasına kömək edəcək. Youtube sayəsində tamaşaçılar bir neçə dildə altyazı və səsli izahlarla mərasimə baxa biləcəklər.

Bütün dünyadan izləyicilər birbaşa yayımı, qırmızı xalı reportajlarını, səhnəarxası görüntüləri və “Oskar” bayram gecəsinin çəkilişlərini izləmək imkanı əldə edəcəklər.

Seçilən
78
4
hafta.az

5Mənbələr