AZ

Yutub “Oskar”ın yayım hüququnu aldı

Ajans.az xəbər verir ki, video platforması 5 il ərzində "Oskar" mərasimlərinin yayım hüququnu əldə edib. Kino Akademiyası ümid edir ki, bu addım tədbirin internet auditoriyası üçün daha əlçatan olmasına kömək edəcək. Yutub sayəsində tamaşaçılar bir neçə dildə altyazı və səsli izahlarla mərasimə baxa biləcəklər.

Bütün dünyadan izləyicilər birbaşa yayımı, qırmızı xalı reportajlarını, səhnəarxası görüntüləri və “Oskar” bayram gecəsinin çəkilişlərini izləmək imkanı əldə edəcəklər. ABŞ-də isə yutub TV abunəçiləri də bütün materialları seyr edə biləcəklər.

Seçilən
54
4
Ajans.az

5Mənbələr