Aktivlərinin həcminə görə Azərbaycanda 5-ci böyük bank olan "Bank Respublika" 2025-ci ilin yekunları üzrə xalis mənfəətinin bölüşdürülməsinə və rəhbərliyə mükafatın ödənilməsinə hazırlaşır.
Marja.az xəbər verir ki, 21 yanvar 2026-cı il tarixində "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.
4. Xalis mənfəətinin bölüşdürülməsi haqqında.
Yığıncaq Bankın Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.