AZ

5 ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır

Marja.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aktivlərinin həcminə görə Azərbaycanda 5-ci böyük bank olan "Bank Respublika" 2025-ci ilin yekunları üzrə xalis mənfəətinin bölüşdürülməsinə və rəhbərliyə mükafatın ödənilməsinə hazırlaşır.

Marja.az xəbər verir ki, 21 yanvar 2026-cı il tarixində "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlər aşağıdakılardır:

1. İclasın sədrinin və katibinin təyin edilməsi.

2. İclasın gündəliyinin təsdiq edilməsi.

3. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.

4.  Xalis mənfəətinin bölüşdürülməsi haqqında.

Yığıncaq Bankın  Xaqani  küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
1
marja.az

4Mənbələr