AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün bir oyun keçiriləcək

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçiriləcək.

“Report”un məlumatına görə, turun son oyun günündə “Abşeron” “Turan Tovuz”la üz-üzə gələcək.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarda “Azərreyl” “Murov Az Terminal”ı (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub edib. “Milli Aviasiya Akademiyası” – “Gənclər” matçının tarixi isə dəqiqləşməyib.

Seçilən
13
3
editor.az

4Mənbələr