AZ

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bir oyun keçiriləcək

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeddinci turun növbəti oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, turun son oyun günündə “Abşeron” “Turan Tovuz”la qarşılacaq.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarda “Azərreyl” “Murov Az Terminal”ı (3:0), “Gəncə” isə UNEC-i (3:2) məğlub edib. “Milli Aviasiya Akademiyası” - “Gənclər” matçının tarixi isə dəqiqləşməyib.

İdman.Biz
Seçilən
5
3
idman.biz

4Mənbələr