Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin qərarı müzakirə olunur.
Xalqcəbhəsi.az-ın məlumatına görə, Milli Məclisin sədr müavini Əli Əhmədov deyib ki, Avropa Parlamenti suveren dövlətin daxili işlərinə qarışmağa çalışır: “Azərbaycan Avropa Parlamenti kimi təşkilatların daxili işlərinə qarışmasına imkan verməyəcək. Onlar kənardan ölkələrin daxilində təxribatlar törətmək üçün müxtəlif qüvvələri idxal etməyə çalışıb. Avropa Pralamentinin Azərbaycana qarşı təxribat xarakterli qətnaməsi cəmiyyətimiz tərəfindən də pislənilənəcək. Çünki bu növbəti anti-Azərbaycan yanaşmasıdır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.