“Avropa Parlamenti suveren dövlətin daxili işlərinə qarışmağa çalışır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədr müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, Azərbaycan Avropa Parlamenti kimi təşkilatların daxili işlərinə qarışmağa imkan verəməyəcək:
“Onlar kənardan ölkələrin daxilində təxribatlar törətmək üçün müxtəlif qüvvələri idxal etməyə çalışıb. Avropa Pralamentinin Azərbaycana qarşı təxribat xarakterli qətnaməsi cəmiyyətimiz tərəfindən də pislənilənəcək. Çünki bu növbəti anti-Azərbaycan bir yanaşmasıdır”.