AZ

Zərdabda təhlükəli anlar – narkotikin təsiri altında taksi sürürmüş…

Zərdabda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.

Tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.

NOCOMMENT.az

Seçilən
34
3
nocomment.az

6Mənbələr