AZ

Narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlandı


Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.

Tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.

ZÜMRÜD

Seçilən
63
3
baki-xeber.com

6Mənbələr