Dekabrın 9-da Astara rayonunun Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri – 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb.
Editor.az FHN-ə istinadla xəbər verir ki, cəsəd dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Turan Həsənovun axtarışları davam etdirilir.