AZ

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

Dekabrda 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb.

AzPost xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlunun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzPost.az

Seçilən
59
39
azpost.info

10Mənbələr