“Fizioterapiya xidmətləri üzrə 1 milyon 242 min 334 xidmət, ilkin tibbi-sanitariya yardımı üzrə 5 milyon 8 min 442 xidmət göstərilib”.
Redaktor.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qeyd etdi.
Onun sözlərimə görə, xüsusilə diqqət çəkən sahələrdən biri invaziv radioloji xidmətlər (angioqrafiya) olub:
“Bu xidmətlər üzrə 4 min 105 prosedur icra edilib ki, ötən ilə nəzərən 37 faiz artım qeydə alınıb. Laboratoriya xidmətləri üzrə 19 faiz artımla 36 milyon 405 min 17 analiz aparılıb”.
Nuriyyə NATİQQIZI