AZ

"Sabah" - "Qarabağ" matçındakı CƏZALAR

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar qəbul olunub.

18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun "Sabah" – "Qarabağ" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun "Sabah" – "Qarabağ" oyununun 54-cü dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə "Qarabağ" komandası 7000 manat cərimə edilsin (maddə 52.5);

18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun "Sabah" – "Qarabağ" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə "Qarabağ" komandası 3000 manat cərimə edilsin. Stadiona dəymiş ziyan "Qarabağ" komandası tərəfindən qarşılansın (maddə 86.3);

18.12.2025-ci il tarixində Misli Premyer Liqasında I turun "Sabah" – "Qarabağ" oyununa "Qarabağ" komandasını təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Qarabağ" komandasına xəbərdarlıq edilsin (maddə 20).

Seçilən
48
4
bakivaxti.az

8Mənbələr