AZ

Dünənki oyuna görə “Qarabağ” cərimələndi

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gün – dekabrın 18-də Misli Premyer Liqasında I turun “Sabah” – “Qarabağ” oyununun 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” komandası 7000 manat cərimələnib.

Yeniavaz.com xəbər verir ki, bu barədə  qərar AFFA İntizam Komitəsi tərəfindən qəbul olunub.

Bildirilib ki, komandanın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Qarabağ” komandası, həmçinin 3000 manat cərimə edilib:

“Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılansın. Oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ” komandasına xəbərdarlıq edilsin”, - qərarda bildirilib.

Həmçinin qeyd olunub ki, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası da 2500 manat cərimələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
4
yeniavaz.com

8Mənbələr