Azərbaycan həndbol ictimaiyyətinə ağır itki üz verib. Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ idman ustası Leksutov İqor Pavloviç bu gün 82 yaşında dünyasını dəyişib.
O, 1967-ci ildən məşqçi və baş məşqçi vəzifələrində çalışıb. Təcrübəli mütəxəssis 40 ilə yaxın məşqçilik fəaliyyəti boyunca yüzlərlə idmançının yetişməsinə, Azərbaycan idman məktəbinin formalaşmasına böyük töhfələr verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta