“Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi orqanlarına külli miqdarda borcu var.
Məlumat üçün bildirək ki, “Optimal Electronika”nın cari ilin aprel ayında dövlətə olan vergi borcu 322 min manat olub.
Qeyd edək ki, Azərbaycanda məişət texnikası və elektronika avadanlıqlarının satışı ilə məşğul olan “Optimal Electronika” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 milyon 485 min 360 manat olan şirkətin qanuni təmsilçisi Əsgərov Əhəd Tofiq oğludur.