AZ

Samir Vəliyev: Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinin heç bir əsası yoxdur

“Avropa Parlamentinin dekabrın 18-də Azərbaycana qarşı qəbul etdiyi qətnamənin heç bir əsası yoxdur. Yalan və böhtandan ibarət olan bu “sənəd” ölkəmizin inkişafını istəməyən qüvvələrin sifarişi nəticəsində ortaya çıxıb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Avropa parlamentariləri guya ölkəmizdə “siyasi məhbusların” olduğunu, insan haqlarının pozulduğunu iddia ediblər. Hətta onlar müharibə cinayətləri törətmiş erməni əsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Bütün bunlar isə təkcə ikili standarların deyil, bəşəri dəyərlərin ayaqlar altına atılmasıdır. Nəzərə alaq ki, Ermənistan parlamentinin mühakimə edilən erməni canilərlə bağlı hər hansı qətnaməsi olmadığı halda, Avropa Parlamentinin bu məsələdə canfəşanlıq etməsi suallar doğurur. Bu fakt bir daha təşkilatın korrupsiyaya qurşanmasının göstəricisidir.

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur, humanizm siyasəti davamlı olaraq həyata keçirilir. Prezident İlham Əliyev təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktı da bunun bariz nümunəsidir.

Digər tərəfdən, təşkilat bu mövqeyi ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə maraqlı olmadığını təsdiqləyir. Hazırda bölgədə sabitlik hökm sürür, tərəflər 8 avqust Vaşinqton razılaşmasına uyğun olaraq etimad quruculuğu yönündə addımlar atır. Avropa Parlamenti isə öz mövqeyi ilə sülh prosesinə zərbə vurmağa çalışır.

Seçilən
54
2
publika.az

4Mənbələr