Bakı. Trend:
"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzatmağıplanlaşdırır.
Trend xəbər verir ki, artıqqingiltərəli vingerlə razılıq əldə olunub. Bu barədə "Teamtalk"məlumat yayıb.
Saka ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməimzalanacaq. 24 yaşlı futbolçunun həftəlik maaşı 300 minfunt-sterlinq təşkil edəcək. Bu, London klubunun tarixi üçün rekordgöstəricidir.
Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərəmillisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 21rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.