AZ

"Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

Yazını böyüt
Yazını kiçilt

"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Hafta.az xəbər verir ki, artıq ingiltərəli vingerlə razılıq əldə olunub. Bu barədə "Teamtalk" məlumat yayıb.

Saka ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. 24 yaşlı futbolçunun həftəlik maaşı 300 min funt-sterlinq təşkil edəcək. Bu, London klubunun tarixi üçün rekord göstəricidir.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
59
3
hafta.az

4Mənbələr