ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava zərbələri endirməyə başlayıb.Bu barədə “The New York Times“ qəzeti mənbələrə istinadla məlumat yayıb.
Əməliyyata ABŞ-ın qırıcı təyyarələri və hərbi helikopterləri cəlb olunub. Silah anbarları da daxil olmaqla, onlarla İŞİD hədəfinə zərbələr endirilib.