ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hava zərbələri endirməyə başlayıb.
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyata ABŞ-ın qırıcı təyyarələri və hərbi helikopterləri cəlb olunub. Silah anbarları da daxil olmaqla, onlarla İŞİD hədəfinə zərbələr endirilib.
ABŞ Prezidenti Donald Tramp Suriyada Amerika patruluna hücum edənlərdən qisas alınacağını bəyan edib. /APA