ain.az, Qafqazinfo saytına istinadən bildirir.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dollar və ya 0,59 % artaraq 64,25 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 63,87 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.