ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.
"Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək", - deyə bildirilir.
Dekabrın 21-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.
Putin MDB ölkələrinin liderlərini oktyabrda Sankt-Peterburqda Birlik sammiti zamanı qeyri-rəsmi sammitə dəvət edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.