AZ

MDB liderlərinin qeyri-rəsmi görüşüSANKT-PETERBURQDA KEÇİRİLƏCƏK

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

 

Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

"Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək", - deyə bildirilir.

 

Dekabrın 21-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

 

Putin MDB ölkələrinin liderlərini oktyabrda Sankt-Peterburqda Birlik sammiti zamanı qeyri-rəsmi sammitə dəvət edib.

Seçilən
43
4
senzor.az

5Mənbələr