AZ

"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi

Yazını böyüt
Yazını kiçilt

Misli Premyer Liqasında 16-cı tur davam edir.

Hafta.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar başa çatıb.

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı "Karvan-Yevlax" açsa da, "Neftçi" geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda qalib aşkarlanmayıb - 0:0. 

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Hazırda 28 xalı olan paytaxt təmsilçisi 3-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb - 1:1. 

20 dekabr (şənbə)

“Zirə” – “İmişli” - 0:0Zirə İdman Kompleksinin stadionu

“Karvan-Yevlax” - “Neftçi” - 1:2 

Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)
Yevlax şəhər stadionu

21 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”

17:30. “Araz-Naxçıvan” – “Şamaxı” 

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah”

19 dekabr (cümə)

“Kəpəz” - “Turan Tovuz” - 0:2

Seçilən
89
10
hafta.az

10Mənbələr