AZ

“Neftçi” qalib gəldi, “Zirə” heç-heçə etdi 

Misli Premyer Liqasında 16-cı tur davam edir.

İdmanxeber.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı “Karvan-Yevlax” açsa da, “Neftçi” geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Hazırda 28 xalı olan paytaxt təmsilçisi 3-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb – 1:1. 

 

20 dekabr (şənbə)

14:00. “Karvan-Yevlax” – “Neftçi” – 1:2 

Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Yevlax şəhər stadionu

16:30. “Zirə” – “İmişli”
Hakimlər: 
Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov

VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Zirə İdman Kompleksinin stadionu

Seçilən
90
10
idmanxeber.az

10Mənbələr