AZ

“Zirə” doğma meydanda xal itkisi ilə üzləşdi

Misli Premyer Liqasının XVI turu çərçivəsində “Zirə” “İmişli”ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada tərəflər bir-birinə üstünlük qazana bilməyib və oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran “Zirə” turnir cədvəlində 3-cü pillədə yer alıb. Aktivində 17 xal olan “İmişli” isə 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, XVI turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i 2:0, “Neftçi” isə səfərdə “Karvan-Yevlax”ı 2:1 hesabı ilə məğlub edib. Tura dekabrın 22-də yekun vurulacaq.

Seçilən
76
10
90deqiqe.az

10Mənbələr