AZ

"Zirə" Premyer Liqanın XVI turunda "İmişli" ilə bərabərə qalıb

Misli Premyer Liqasının XVI turunda "Zirə" "İmişli" ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qolsuz yekunlaşıb.

28 xalı olan "Zirə" turnir cədvəlində üçüncüdür. "İmişli" isə 17 xalla 9-cu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" isə "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XVI tura dekabrın 22-də yekun vurulacaq

Seçilən
42
10
far.az

10Mənbələr