Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi ölüb.
Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu gün Qax rayon qəbiristanlığında huşsuz vəziyyətdə tapılan 1981-ci il təvəllüdlü Ruslan Məmmədov təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, az sonra vəfat edib.
41 yaşlı kişinin içki aludəçisi olduğu bildirilir.