Qaxda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi ölüb.
"Cebheinfo.az" xəbər verir ki, bu gün Qax rayon qəbiristanlığında huşsuz vəziyyətdə tapılan 1981-ci il təvəllüdlü Ruslan Məmmədov təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, az sonra vəfat edib.
41 yaşlı kişinin içki aludəçisi olduğu bildirilir.
"Cebheinfo.az"