AZ

"Portu" 41 yaşlı Tiaqu Silva ilə müqavilə imzalayıb

"Portu" Braziliya millisinin sabiq kapitanı, müdafiəçi Tiaqu Silva ilə müqavilə imzalayıb.

Aznews.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti açıqlama yayıb.

41 yaşlı futbolçu bundan əvvəl Braziliyanın "Fluminense" klubunu tərk edib. Qeyd edək ki, Silva 2004-cü ildə "Portu" ilə müqavilə bağlamışdı, lakin əsas komandada heç bir oyun keçirməmişdi.

Silva İngiltərənin "Çelsi" klubunun heyətində UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. O, 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. Müdafiəçi bundan əvvəl Fransanın "Pari Sen-Jermen", İtaliyanın "Milan", eləcə də Braziliyanın "Juventude" və "Fluminense" klublarında oynayıb.

Futbolçu İtaliya çempionu və Fransada yeddiqat çempiondur.

Seçilən
50
6
aznews.az

7Mənbələr