AZ

Braziliya millisinin sabiq kapitanı Portu da

Apasport saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Portu" Braziliya millisinin sabiq kapitanı, müdafiəçi Tiaqu Silva ilə müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti açıqlama yayıb.

41 yaşlı futbolçu bundan əvvəl Braziliyanın "Fluminense" klubunu tərk edib.

Qeyd edək ki, Silva 2004-cü ildə "Portu" ilə müqavilə bağlamışdı, lakin əsas komandada heç bir oyun keçirməmişdi.

Silva İngiltərənin "Çelsi" klubunun heyətində UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. O, 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. Müdafiəçi bundan əvvəl Fransanın "Pari Sen-Jermen", İtaliyanın "Milan", eləcə də Braziliyanın "Juventude" və "Fluminense" klublarında oynayıb.

Futbolçu İtaliya çempionu və Fransada yeddiqat çempiondur.

Silva Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokunun, 2013-cü ildə isə Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin Olimpiya Oyunlarında gümüş (2012) və bürünc (2008) medal qazanıb.

"Beşiktaş"dan minimal hesablı qələbə

“Fənərbaxça”da ciddi itki

“Tottenhem” Omar Marmuşla maraqlanır

Ronaldonun komandasına transfer qadağası

“Fənərbaxça” “Eyüpspor”u səfərdə 3 cavabsız qolla məğlub etdi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
6
apasport.az

7Mənbələr