AZ

2023 cü ildən bəri ardıcıl 19 penaltini qola çevirən futbolçu

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərə Premyer Liqasının 17-ci turunda, 20 dekabrda Londonun "Arsenal" komandası hücumçu Viktor Qyökereşin penalti zərbəsi sayəsində "Everton"u 1-0 hesabı ilə məğlub edib.

Ölkə.az xəbər verir ki, isveçli hücumçu penaltiləri uğurla qola çevirmək seriyasını davam etdirib.

2023/2024 mövsümündə Portuqaliyanın "Sportinq" klubunda debüt etdiyindən bəri Qyökereş 19 penaltinin hamısını mükəmməl qola çevirib.

2025-ci ilin iyul ayında "Sportinq"dən "Arsenal"a keçən isveçli artıq yeni klubu üçün yeddi qol vurub.

"Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 70 milyon avrodur.(report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
3
olke.az

4Mənbələr