AZ

2023-cü ildən bəri ardıcıl 19 penaltini qola çevirən futbolçu

İngiltərə Premyer Liqasının 17-ci turunda, 20 dekabrda Londonun "Arsenal" komandası hücumçu Viktor Qyökereşin penalti zərbəsi sayəsində "Everton"u 1-0 hesabı ilə məğlub edib.

Azreform.info xəbər verir ki, isveçli hücumçu penaltiləri uğurla qola çevirmək seriyasını davam etdirib.

2023/2024 mövsümündə Portuqaliyanın "Sportinq" klubunda debüt etdiyindən bəri Qyökereş 19 penaltinin hamısını mükəmməl qola çevirib.

2025-ci ilin iyul ayında "Sportinq"dən "Arsenal"a keçən isveçli artıq yeni klubu üçün yeddi qol vurub.

"Transfermarkt"ın məlumatına görə, onun bazar dəyəri 70 milyon avrodur.(report)

Seçilən
25
3
azreform.info

4Mənbələr