AZ

“Qarabağ”dan qələbə, “Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir – YENİLƏNİR 

Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Qarabağ”ı qəbul edib. Matç Ağdam klubunun qələbəsilə başa çatıb – 2:1.

Bu komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlmişdi.

Günün digər matçında isə  “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edəcək. Oyun saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda qalib müəyyənləşməyib – 1:1.

21 dekabr (bazar)

Misli Premyer Liqası, 16-cı tur

15:00. “Qəbələ” – “Qarabağ” – 1:2

Qol: Prins Ovusu, 6 (1:0), Bədavi Hüseynov, 27 (1:1), Marko Yankoviç, 79 (1:2)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev 
Qəbələ şəhər stadionu

17:30. “Araz-Naxçıvan” – “Şamaxı”
Hakimlər:
 Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov

VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”

Seçilən
62
1
idmanxeber.az

10Mənbələr