Misli Premyer Liqasında 16-cı turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Qəbələ” “Qarabağ”ı qəbul edib. Matç Ağdam klubunun qələbəsilə başa çatıb – 2:1.
Bu komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlmişdi.
Günün digər matçında isə “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. Oyun Naxçıvan klubunun qələbəsilə yekunlaşıb – 2:0.
21 dekabr (bazar)
Misli Premyer Liqası, 16-cı tur
15:00. “Qəbələ” – “Qarabağ” – 1:2
Qol: Prins Ovusu, 6 (1:0), Bədavi Hüseynov, 27 (1:1), Marko Yankoviç, 79 (1:2)
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Qəbələ şəhər stadionu
17:30. “Araz-Naxçıvan” – “Şamaxı” 2:0
Qol: Patrik Andrade, 54, Şarl Boli, 87
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Kamranbəy Rəhimov
“Liv Bona Dea Arena”