AZ

Lukaşenko: 2026 cı ildə Aİİ yə sədrlik Qazaxıstana keçəcək

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avrasiya İqtisadi İttifaqının (Aİİ) orqanlarında sədrlik 2026-cı ildə Qazaxıstan tərəfinə keçəcək.

"Report"un məlumatına görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclasında bildirib.

"Gündəliyin mühüm məsələlərindən biri - birliyimizin orqanlarında 2026-cı ildə sədrlik məsələsidir. Qaydaya uyğun olaraq bu şərəfli hüquq Qazaxıstan Respublikasına keçir. Əminəm ki, Astananın sədrliyi, həmişə olduğu kimi, Avrasiya iqtisadi inteqrasiyasının inkişafına yeni güclü təkan verəcək", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
7
icma.az

8Mənbələr