ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avrasiya İqtisadi İttifaqının (Aİİ) orqanlarında sədrlik 2026-cı ildə Qazaxıstan tərəfinə keçəcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının dar tərkibdə iclasında bildirib.
"Gündəliyin mühüm məsələlərindən biri - birliyimizin orqanlarında 2026-cı ildə sədrlik məsələsidir. Qaydaya uyğun olaraq bu şərəfli hüquq Qazaxıstan Respublikasına keçir. Əminəm ki, Astananın sədrliyi, həmişə olduğu kimi, Avrasiya iqtisadi inteqrasiyasının inkişafına yeni güclü təkan verəcək", - deyə o bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.