Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyənin Ağrı vilayətində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Türkiyə, İran və Azərbaycan idmançılarının iştirakı ilə keçirilən yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.
Komandanı turnirdə 5 məşqçi və 36 idmançı təmsil edib. Boksçularımız 14-ü qızıl, 16-sı gümüş və 2-si bürünc olmaqla, 32 medal qazanıblar.
Təmsilçilərimizdən Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev qızıl medal qazanmağa müvəffəq olublar.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.