AZ

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

ain.az, Bizim media portalına istinadən məlumat yayır.

Türkiyənin Ağrı vilayətində boks üzrə qonşu ölkələrin beynəlxalq dostluq turniri keçirilib.Bizim.Media  xəbər verir ki, Türkiyə, İran və Azərbaycan idmançılarının iştirakı ilə keçirilən yarışda ölkəmizi Naxçıvan yığma komandası təmsil edib.

 

Komandanı turnirdə 5 məşqçi və 36 idmançı təmsil edib. Boksçularımız 14-ü qızıl, 16-sı gümüş və 2-si bürünc olmaqla, 32 medal qazanıblar.

Təmsilçilərimizdən Ruhin Səfərov, Özkan Həsənov, Turan Allahverdiyev, Nizam İsgəndərov, Said Nuriyev, Həsən Rəhimov, Aftandil Bəşirov, Sərxan Allahverdiyev, Elbrus Kərimli, Elmurad Kərimli, Kamal Məmmədov, Mikayıl Bayramlı, Fikrət Abbaslı və Ucal Musayev qızıl medal qazanmağa müvəffəq olublar.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
6
bizim.media

9Mənbələr