AZ

Tailand və Kamboca bu tarixdən atəşkəslə bağlı danışıqlara başlayır

Bakı. Trend:

Tailand və Kamboca 24 dekabrdan etibarən təmas xəttində atəşkəsrejiminin tətbiqi ilə bağlı danışıqlara başlayacaqlar.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Tailandın xarici işlər naziriSixasak Phuanqketkeu açıqlama verib.

Onun sözlərinə görə, Tailand Kamboca ilə atəşkəs rejiminintətbiqi imkanını müzakirə etməyə hazırdır. “Atəşkəs rejimininyaradılması ilə bağlı dialoqun bərpasını alqışlayırıq. Danışıqlarartıq mövcud olan Birgə Sərhəd Komitəsi çərçivəsində keçiriləcək.Və bu görüş Kamboca tərəfinin təklifi əsasında 24 dekabra təyinolunub”, – deyə o bildirib

Kamboca və Tailand sərhədində odlu silahlardan istifadəolunmaqla toqquşmalar 7 dekabrda başlayıb. Tailand Krallığının QuruQoşunları döyüşlər zamanı 21 hərbçinin öldüyünü açıqlayıb. Kambocaisə öz itkiləri barədə məlumat verməyib, lakin Tailand tərəfininməlumatına görə, toqquşmalar nəticəsində 200-dən çox Kambocahərbçisi həlak olub.

Məqalədə:
Seçilən
122
41
az.trend.az

10Mənbələr