ain.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məktəblilər üçün “A2 Key/A2 Key for Schools” və “B1 Preliminary/B1 Preliminary for Schools” beynəlxalq ingilis dili imtahanlarına qeydiyyat elan olunub.
Doğru.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanlar 2026-cı il yanvarın 31-də DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında keçiriləcək.
Qeydiyyat yanvarın 26-dək davam edəcək.
“B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı gündəlik ünsiyyət üçün ingilis dili bacarıqlarına malik məktəblilər üçün nəzərdə tutulub və oxu, yazı, dinləmə, danışıq bölmələrindən ibarətdir. “A2 Key/A2 Key for Schools” imtahanı isə sadə vəziyyətlərdə ingilis dilində ünsiyyət qurmaq bacarığını yoxlayır.
Hər iki imtahanda oxu, yazı və dinləmə bölmələri kompüterlə, danışıq hissəsi isə əyani formada keçirilir. Nəticələr imtahandan 2 həftə sonra elektron qaydada açıqlanacaq.
Ətraflı məlumat DİM-in rəsmi saytında yerləşdirilib.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.