AZ

“A2 Key/A2 Key for schools” və “B1 Preliminary/ B1 Preliminary for schools” imtahanlarına qeydiyyat elan edilir

Operativmedia portalından alınan məlumata görə, ain.az xəbər verir.

 31 yanvar 2026-cı il tarixində DİM-in Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən binasında imtahan təşkil olunacaq.Operativ Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 26 yanvardır.

Qeyd edək ki, “B1 Preliminary/B1 Preliminary for Schools” imtahanı ingilis dilinin əsaslarını mənimsəmiş və gündəlik istifadə üçün praktik dil bacarıqlarına sahib olan məktəblilər üçün tərtib edilən orta səviyyəli beynəlxalq dil kvalifikasiyasıdır. Bu imtahan 4 bölmədən ibarətdir:

Oxu (Reading) - 45 dəqiqə;

Yazı (Writing) – 45 dəqiqə;

Dinləmə (Listening) - 35 dəqiqə;

Danışıq (Speaking) – 14 dəqiqə.

“A2 Key/A2 Key for Schools” kvalifikasiyasını almaqla isə namizəd sadə vəziyyətlərdə ünsiyyət qurmaq üçün ingilis dilindən istifadə edə bilir, əsas ifadələri başa düşür və tətbiq edir. Bu imtahan da 4 bölmədən ibarətdir:

Oxu (Reading) və Yazı (Writing) – ümumilikdə 1 saat davam edəcəkdir.

Dinləmə (Listening) - 30 dəqiqə;

Danışıq (Speaking) – 12 dəqiqə.

Qeyd edək ki, hər iki imtahanın oxu, yazı və dinləmə bölmələri kompüter vasitəsilə, danışıq bloku isə əyani formada keçirilir. Digər beynəlxalq imtahanlardan fərqli olaraq Kembric kvalifikasiya imtahanlarının danışıq bölməsi namizədlərin cüt şəkildə iştirakı ilə danışıq mütəxəssisləri tərəfindən götürülür.

İmtahan iştirakçıları nəticələrini elektron qaydada 2 həftə sonra əldə edə bilərlər.

Qeydiyyat və Kembric kvalifikasiyaları barədə daha ətraflı məlumatla DİM-in müvafiq səhifəsindən tanış olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
2
operativmedia.az

6Mənbələr