AZ

Baş nazir: Türkiyədən daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Əli Əsədov deyib ki, nəqliyyat sahəsi əməkdaşlığımızın prioritet istiqamətlərindən biridir:

“Ötən ilin nəticələrinə görə ölkələrimiz arasında tranzit daşımalarının həcmində (4 milyon ton) artım qeydə alınmışdır. Cari ilin 11 ayında tranzit daşımalarının həcmi 3.5 milyondan artıqdır. Avtomobil daşımaları bu əməkdaşlığımızın əsasını təşkil edir. Daşıyıcılar üçün icazə blanklarının mübadiləsi üzrə kvotaların sayı əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib. Cari ildə dəmir yolu üzrə tranzit daşımalarda artım qeydə alınsa da, həcmi bizləri qane etmir (275 min ton). Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Orta Dəhlizin mühüm halqası olan BTQ-ın daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
6
apa.az

8Mənbələr