AZ

Əli Əsədov: Azərbaycanla Türkiyə arasında tranzit daşımalar ilin 11 ayında 4 milyon ton artıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Ötən ilin nəticələrinə görə iki ölkə arasında tranzit daşımalarının həcmində 4 milyon ton artım qeydə alınıb".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

"Avtomobil daşımaları bu əməkdaşlığımızın əsasını təşkil edir. Daşıyıcılar üçün icazə blanklarının mübadiləsi üzrə kvotaların sayı əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib", - Ə.Əsədov deyib.

Baş nazir bildirib ki, cari ildə dəmir yolu üzrə tranzit daşımalarda artım qeydə alınsa da, həcmi (275 min ton) tərəfləri qane etmir:

"Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Orta Dəhlizin mühüm halqası olan BTQ-nin daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
oxu.az

8Mənbələr