Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyatakeçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsindənövbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkiledilib.
IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə,könüllülərinin iştirakı ilə Bərdə rayonunda 600-dən çox Eldar şamıağacı əkilib. Həmçinin Beyləqan rayonunda keçirilən aksiya zamanı 2mindən çox sərv və şam ağacı əkilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və TəbiiSərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən“Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsasməqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinintəşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin florabiomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunmasıilə bağlı maarifləndirməyə töhfə verməkdir.
“Yaşıl marafon” çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilinyaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacınəkilməsi nəzərdə tutulur.