AZ

IDEA Bərdə və Beyləqanda kütləvi ağacəkmə aksiyaları təşkil edib FOTO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib.

IDEA İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, könüllülərinin iştirakı ilə Bərdə rayonunda 600-dən çox Eldar şamı ağacı əkilib. Həmçinin Beyləqan rayonunda keçirilən aksiya zamanı 2 mindən çox sərv və şam ağacı əkilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

"Yaşıl marafon" çərçivəsində 2025-ci ilin payız və 2026-cı ilin yaz əkin mövsümləri ərzində ölkə üzrə 2 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
32
news.milli.az

10Mənbələr